10 Mart 2019 00:50
405
DÜNYA
A- A+

Pentaqonun büdcəsi 750 milyard dollara çata bilər


ABŞ Prezidenti Donald Tramp bu il oktyabrın 1-də başlayacaq 2020-ci maliyyə ili üçün Konqresdən hərbi xərclərə 750 milyard dollar istəyəcək. Bu barədə Vaşinqton administrasiyasındakı mənbələrə istinadən "Axios” informasiya portalı xəbər verir.

Məlumata görə, Ağ ev martın 11-də dərc edəcəyi büdcə sifarişini 2020-ci maliyyə ili üçün ölkənin hərbi xərclərinə 750 milyard dollar ayırmağı təklif edəcək. Bu vəsaitin 576 miyardı Pentaqonun baza xərclərinə, qalan məbləğin böyük hissəsi isə xarici əməliyyatlara sərf olunmalıdır. 2019-cu maliyyə ili üçün qanunvericilər 716 milyard dollar ayırmışdılar. Ötən il Tramp baza xərclərinə 629 milyard, xarici əməliyyatlara isə 71 milyard ayırmağı istəmişdi.

Xatırladaq ki, ötən il avqustun 13-də Tramp 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində müdafiə büdcəsi imzalamışdır. Bu, 2018-ci maliyyə ili ilə müqayisədə təxminən 82 milyard çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video