10 Mart 2019 00:48
1466
Elm və texnika
A- A+

İnsanın içini göstərən pəncərə


Fizika tarixində XIX əsrin sonu bir sıra mühüm kəşflərin edilməsi ilə əlamətdardır ki, bu kəşflər bəzi fiziklərin dünyagörüşlərində elmi inqilab yaratdı. Rentgen şüalarının kəşfi məhz bunlardan biridir. 1895-ci il noyabrın 8-də alman fiziki Vilhelm Rentgen gözə görünməyən qəribə xassəli şüalar kəşf edir.

Qazların elektrik keçirməsinin və katod şüalarının tədqiqi rentgen şüalarının kəşfinə səbəb oldu. V.Rentgen seyrəldilmiş qazlardan elektrik cərəyanı keçərkən qazın işıqlanmasını öyrənirdi.

Yorulmuş alim gecə öz təcrübəsindən ayrılıb gedərkən otağın işığını söndürüb qapıdan çıxandan sonra yadına düşür ki, qurğunu cərəyandan ayırmayıb. Rentgen qaranlıqda geri qayıdarkən borudan bir az aralı qəribə mavi işıq gördükdə təəccüblənir. O, cərəyanı ayırdıqda işıqlanma kəsilir. Yenidən qoşduqda kristallar işıqlanır. Rentgen qalın kitabla borunu kristallardan ayırdıqda işıqlanma zəifləmirdi. O, müəyyən edir ki, borudan çıxan "yeni” şüalar kitabdan asanlıqla keçir və zəifləmir. Rentgen növbəti təcrübələrin birində boşalma borusunu çexolladıqda platin-gümüş sianid ekranının işıqlandığını müşahidə edir.

Yeniliyi görən Rentgen başa düşür ki, boşalma borusu işlədikdə güclü keçmə qabiliyyətinə malik olan şüalanma yaranır. O öz kəşfini Vürtsburq Təbiəti Öyrənənlər Cəmiyyətinin iclasında nümayiş etdirir. Alim yeni şüaların xassələrini ətraflı öyrəndiyinə görə yığıncaq həmin şüalara Rentgen adı verir.

Rentgen şüaların sirrini öyrənərkən qəribə fotoşəkillər çəkir və yeddi həftə laboratoriyanı tərk etmir.

Bu şüaların xassələrinə görə müxtəlif tətbiq sahələri barədə camaat arasında çoxlu şayiə yayılır. Onlar qorxurdular ki, Rentgen şüalarının köməyi ilə onların fikirlərini oxumaq, divar arxasından mənzillərinə baxmaq mümkün olacaqdır. Bəzi qəzetlər isə hətta Rentgen şüaları ilə işıq salınmasını əxlaqsızlıq, ədəbsizlik olduğunu elan etdilər. Lakin onlar bilmirdilər ki, bu şüalar gələcəkdə milyonlarla insana şəfa verəcəkdir.

Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüaları gözlə görünmür. Onları yalnız göstərdikləri təsirə görə müəyyən etmək olar. Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibdə, texnikada istifadə olunur. Rentgen şüaları atomun, molekulun, kristalların quruluşunu öyrənməyə imkan verir.

Beləliklə, rentgen şüaları xəstələrin müayinə və müalicəsinin əvəzsiz vasitəsinə çevrildi, bunları texnikada tətbiq etdilər, elmdə yeni dövr açıldı, atomun quruluşunun tədqiqinə başlandı. Atomun kristal daxilində düzülmə qaydasını rentgen şüalarının köməyi ilə öyrəndilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video