10 Mart 2019 00:43
917
Səhiyyə
A- A+

Aclıq güc gələndə nə olur


Aclıq və əhəmiyyətli dərəcədə kalorinin məhdudlaşdırılması nəticəsində avtofagiya (qısamüddətli aclıq zamanı başlayır, orqanizmdəki zərərli maddələri xaric edir) prosesi - köhnəlmiş molekulların və hüceyrə komponentlərinin təkrar emalı başlayır və həmçinin uzunömürlüyə yönəldilən siqnallar verilir.

Maddələr mübadiləsi hormonal dəyişikliklər sayəsində əhəmiyyətli dərəcədə zəifləyir. Uzun müddət ac qalan insanların vəziyyəti qış yuxusuna getmək kimi təsvir olunur.

Aclığın ilk günlərində maddələr mübadiləsi zülallardan qlükoza formalaşmasına keçid edir və əzələlərin həcmi azalır. Bu, qlükonogenez adlanır. Nəticədə yağ toxumaları əsas enerji mənbəyinə çevrilir.

Yağdan qlükozanı əvəzləyən ketonlar - energetika valyutası yaranır. Bu proses isə ketogenez kimi tanınır. Bu, çox vacib prosesdir, çünki beyin enerji mənbəyi kimi yalnız qlükozadan və ketondan istifadə etməyə qadirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video