09 Mart 2019 23:31
762
Elm və texnika
A- A+

Süd Yolu qalaktikasının çəkisi müəyyən olunub


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Süd Yolu qalaktikasının çəkisini öyrəniblər.

AZƏRTAC "Daily Mail” qəzetinin saytına istinadla xəbər verir ki, astronomlar Hubble və Gaia teleskoplarının məlumatlarını təhlil edib və müxtəlif riyazi metodlardan istifadə edərək dəqiqləşdiriblər ki, Günəş sisteminin yerləşdiyi Süd Yolu qalaktikasındakı göy cisimlərinin ümumi çəkisi Günəşə bərabər olan 1,5 trilyon ulduzun ağırlığı qədərdir. Qalaktikanın uzunluğu isə 256 min işıq ilidir.

NASA-nın məlumatına görə, ulduz kəhkəşanının 34-ü Gaia, 12-si isə Hubble tərəfindən müşahidə edilib. Kosmik Tədqiqatlar üzrə Baltimor İnstitutunun astronomu Roland van der Marel bildirib ki, institutun kosmik teleskopu vasitəsilə aparılan müşahidə göstərib ki, bu nəticə yalnız Hubble və Gaia kimi nəhəng teleskopların vasitəsilə əldə edilə bilərdi.

Astronomlar qeyd ediblər ki, qalaktikanın çəkisi nə qədər ağır olarsa, onun ulduz yığını da ağırlığın təsiri altında o qədər sürətlə hərəkət edir. Əvvəllər aparılmış tədqiqatlarda ulduz toplusunun Yerdən uzaqlaşma sürəti müəyyən edilmişdi. İndi isə bu sürətə uyğun olaraq qalaktikanın çəkisini dəqiqləşdirmək mümkün olub.

Martın əvvəlində məlum olub ki, Niderlandın Leyden Universitetinin alimləri Süd Yolunda milyardlarla şarşəkilli planetlərin olduğunu iddia ediblər. Onlar qravitasiya üzrə heç bir ulduza bağlı deyillər. Bu planetlər kosmik fəzada sərbəst hərəkət edir və hər hansı bir vaxt istənilən planetlə, o cümlədən Yerlə toqquşa bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video