09 Mart 2019 16:22
739
İDMAN
A- A+

Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək



Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının təlim-məşq toplanışı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışlara bir neçə gün qalmış təşkilat komitəsi toplanışı yarış formatında test edərək bölmələr üzrə hazırlıq prosesini dəyərləndirib. Təmsilçilərimiz Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova öz proqramlarını tam şəkildə icra ediblər.

Turnirdə gimnastlarımızdan M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər. İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, martın 14-17-də keçiriləcək dünya kuboku yarışları "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İlk dəfədir ki, idman gimnastları bu qəbildən olan yarışlardan Olimpiadaya birbaşa xallar toplayacaqlar. Təsnifat xarakterli kubok yarışları seriyanın ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürüb. Bu ilin fevralında 32 ölkədən idman gimnastları Melburnda baş tutan dünya kubokunda çıxış ediblər.

Paytaxtımızın ev sahibliyi edəcəyi sayca üçüncü təsnifat yarışında isə 41 ölkənin təmsilçiləri mübarizə aparacaqlar. Onların arasında bir neçə Olimpiya mükafatçısı, dünya və Avropa medalçıları da olacaqlar. Dörd gün davam edəcək turnirdən bir neçə gün sonra isə gimnastlar 2019-cu ilin sonuncu Olimpiya təsnifatı yarışında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video