09 Mart 2019 16:07
864
Elm və texnika
A- A+

Maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu Yerə qayıdıb



İlon Maskın "SpaceX” şirkətinin Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi maneken-pilotla sınaq uçuşu həyata keçirən "Dragon” kapsulu martın 8-də Yerə qayıdıb.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, martın 2-də "Dragon” pilot kapsulu "Falcon 9” raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılmışdı. O, martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşmiş və müvafiq sınaq tədqiqatları aparmışdı. Kosmik aparat cümə günü Bakı vaxtı ilə saat 17:45-də xüsusi paraşütlərin köməyi ilə Florida ştatındakı "Cape Canaveral” kosmodromuna 450 kilometr məsafədə Atlantik okeanına enib. NASA-nın məlumatında bildirilir ki, "Dragon”un pilotlu uçuşu iyul ayına planlaşdırılır.

"Dragon” kapsulu "GO Searcher” gəmisi ilə sudan çıxarılaraq kosmodroma aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video