09 Mart 2019 16:02
791
Mədəniyyət
A- A+

Qətər və Livan mətbuatı Azərbaycanın turizm potensialından yazıb



Qətərin "Qalf Tayms”, "al-Arab”, "Lusail”, "al-Raya”, "Peninsula”, "al-Şarq”, həmçinin Livanın "əl-Cümhuriyyə”, "Cedarnyus”, "Menanyus24”, "Alarabiyya”, "Naharnyus”, ”Lebanese nyus” və "Alseyasa” qəzetlərində Azərbaycanın turizm potensialından bəhs edən məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə paytaxt Bakının qədim və müasir tikililərinin, Xəzər dənizinin gözəl sahilyanı ərazilərinin, valehedici qarlı dağların Azərbaycana gələn turistləri məftun etməsindən, ölkəmizin turizm potensialının inkişafından, bu sahədə yaradılan infrastrukturdan danışılır.

Yazılarda ölkəmizin tarixi məkanlarından, turistik yerlərindən söhbət açılır, Bakının, Qusarın, Qəbələnin gəzməli-görməli yerləri barədə məlumat verilir, qeyd edilir ki, Bakı dünyada dəniz səviyyəsindən aşağıda yerləşən yeganə paytaxt, üstəlik ən böyük belə şəhərdir. Xəzər dənizinin sahilində yerləşən Bakı bu dənizin hövzəsindəki ən böyük şəhər statusunu da daşıyır. Buradakı müasir binalar şəhərin qədim arxitekturası ilə vəhdət təşkil edir.

Məqalələrdə bildirilir ki, Azərbaycandakı tikililər müxtəlif üslubların möhtəşəm harmoniyasıdır. Bu binalarda yüz illər ərzində baş vermiş mədəni dəyişikliklər əks olunur. Ölkənin hər yanında minarələrdən tutmuş mozaikalara, orta əsrlərə aid tikililərdən müasir dövrün nümunələrinədək müxtəlif binalara rast gəlinir. Bundan başqa, Azərbaycanın hər bölgəsinin özünəməxsus xüsusiyyəti var.

Həmçinin yazılarda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası, eləcə də Şahdağ Qış-Yay Turizm Kompleksi barədə məlumat verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video