07 Mart 2019 23:55
454
SİYASƏT
A- A+

Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı T.Klaar Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Nazir Avropa İttifaqının nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. E.Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib. Nazir münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə olduğunu bildirib, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda, E. Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad edib.

T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini söyləyərək Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb.

Sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər də müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video