07 Mart 2019 23:54
1020
Təhsil
A- A+

Saray nənə: Bu gözəl evi Prezidentimizin mənə Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim


Prezident İlham Əliyevin martın 7-də Şamaxıya yenidən səfəri, fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar təbii fəlakətdən dərhal sonra rayona gələrək sakinlərlə görüşü, verdiyi konkret tapşırıqların icrası vəziyyəti ilə yerindəcə tanış olması geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanıb. Hər kəs bunu dövlətimizin başçısının öz vətəndaşlarına diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirir. Şamaxının Salman Mümtaz küçəsindəki 33 nömrəli evin 92 yaşlı sakini Saray nənə Prezident İlham Əliyevin martın 7-də rayona yenidən gəlişindən, onunla təzədən görüşündən, 8 mart ərəfəsində yeni ev hədiyyə etməsindən ürəkdolusu danışıb.

Öz sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Saray nənə deyib: "Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Mən bunu sevimli Prezidentimizin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim”.

Saray nənə bir ay əvvəl baş verən zəlzələnin törətdiyi kədərli saatları xatırlayaraq bildirdi ki, təbii fəlakət onların da evini uçurmuşdu. Soyuq qış ayında ailələri çıxılmaz, çətin anlar keçirdiyi bir vaxtda, zəlzələdən dərhal sonra Prezident Şamaxıya gəlib, Saray nənə ilə də görüşüb, narahat olmamalarını, tezliklə lazımi tədbirlər görüləcəyini bildirib. Dövlətimizin başçısına minnətdarlığını çatdıran Saray nənə tez-tez təkrar edirdi: "Allah Prezidentimizi başımızın üstündən əskik etməsin. Allah ona uzun ömür, cansağlığı versin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video