07 Mart 2019 22:25
385
CƏMİYYƏT
A- A+

Kənd Təsərrüfatı Nazirliyi meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlayıb


Martın 7-də Kənd Təsərrüfatı Nazirliyində "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

"Ölkə başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Bu proqram çox vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur”, - deyə İ.Kərimov bildirib.

Nazir qeyd edib ki, Dövlət Proqramı layihəsində meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.

Daha sonra İ.Kərimov fermerlərin suallarını cavablandırıb.

Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin iqtisadi təhlil və proqnozlaşdırma bölməsinin aparıcı mütəxəssisi Eldar Quliyev "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair” Dövlət Proqramı layihəsi ilə bağlı təqdimat edib. Təqdimatdan sonra keçirilən müzakirələrdə ölkədə meyvəçiliyin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.

Analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video