07 Mart 2019 22:24
337
İQTİSADİYYAT
A- A+

Asiya İnkişaf Bankı Azərbaycanın enerji sektorunda əməkdaşlığın inkişafına dəstəyini davam etdirməkdə maraqlıdır


Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının icraçı direktoru Toni Makdonald arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika sektorunda aparılan islahatlar, həyata keçirilən layihələrdən danışan energetika naziri bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankının dəstəyinin vacibliyini qeyd edib.

Bildirib ki, generasiya gücləri və ötürücü sistemin optimallaşdırılması və bərpa proqramları hazırlanıb, bu çərçivədə həyata keçirilən tədbirlər ölkənin elektroenergetika sisteminin dayanıqlılığını daha da möhkəmləndirəcək. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı hədəflər və layihələr isə ekoloji baxımdan təmiz enerjinin istehsalını təmin etməklə bərabər, enerji resurslarının istehlakında şaxələnməyə kömək edəcək. Asiya İnkişaf Bankı ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri isə bu mərhələdə də görülən işlərə töhfə verəcək.

Bankın icraçı direktoru T.Makdonald isə enerji sektorunda əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində Asiya İnkişaf Bankının maraqlı olduğunu diqqətə çatdırıb. O, hazırda icra edilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihə və "Azərbaycanın energetika sektorunun maliyyə bərpa planı” texniki yardım layihəsinin ikinci fazası üzrə görülən işləri əməkdaşlıq üçün yeni imkanlar kimi dəyərləndirib.

Görüşdə həmçinin bərpa olunan enerji sahəsinə investorların cəlbi, enerji səmərəliliyi, "Tənzimləyici haqqında” Qanun layihəsi və digər qanunvericilik aktlarının hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video