07 Mart 2019 15:33
423
CƏMİYYƏT
A- A+

Ağsaqqallar Şurasının sədri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib


Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə bildirilir ki, möhtəşəmliyi ilə seçilən, yüksək milli mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadını müstəqillik illərində böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Ana, bacı, qız övladımız olan qadınlarımız nə qədər gülürsə, sevinirsə, xoşbəxtdirsə, bizim həyatımız da bir o qədər mənalı olur.

Bildirilir ki, bu gün Azərbaycanda qadın azadlığı bərqərardır. Ötən əsrlərdə nə qədər məşəqqətli ömür sürüblərsə, bu gün, müstəqilliyimizdən sonra, qadınlarımız daha rahat, istədikləri kimi yaşayır, bütün işlərdə fəal olmağa çalışırlar. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün də qadınlarımızın fəallıq nümayiş etdirmələri və hər bir sahədə layiqincə təmsil olunmaları üçün mühüm addımlar atılır.

"Əziz və dəyərli xanımlar, mən təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından sizi təbrik edir, sizlərə səadət diləyirəm. Bayramınız mübarək olsun. Qəlbiniz sevinc dolu, üzünüz daim gülər olsun”,- deyə təbrikdə vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video