Alternative content

10:39 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Millət hamisi, əsgər anası...
Millət hamisi, əsgər anası...
ANA SƏHİFƏ / SİYASƏT
02:30 07.03.2019


Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda qadın hərəkatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub


Gözəlliyin, incəliyin təcəssümü...
Əzmin, iradənin, qətiyyətin simvolu...
Humanistliyin, insanpərvərliyin nümunəsi...
Bəşəri ideyaların pərvəriş qanadları...
Zərif çiyinlərində dünyanın yükünü daşımağa qadir Fitnə...
Qadın haqqındakı yanlış stereotipləri alt-üst edən mükəmməl etalon...
Mehriban xanım Əliyeva...

Bu əməli uca, niyyəti saf qadın yardıma möhtac insanların ümidi, çətinliyə düşənlərin pənah ünvanı, kimsəsizlərin həmdəmi, ana hənirindən məhrum körpələrin mənəvi anasıdır...
Dünyadakı yeri və rolu ilə bənzərsiz şəxsiyyətlərdəndir...

Mərhəmət, xeyirxahlıq, humanizm simvoludur...

"Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir” - deyir. Birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva...

Bu gün Mehriban xanım Əliyeva özünün çoxsahəli fəaliyyəti ilə Azərbaycan qadınının həm fədakar ana, həm də fəal ictimai xadim olduğunu sübut edir. Azərbaycanda qadın hərəkatının yeni mərhələsinin lideri kimi Mehriban xanım Əliyevanın geniş ictimai fəaliyyəti ən başlıca olaraq humanizm meyarlarına söykənir. Həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən, sərhəd tanımayan xeyirxahlıq, insanpərvərlik Mehriban Əliyevanı fərqləndirən özünəməxsus xüsusiyyətləridir.

Onun ictimai fəaliyyəti ölkəmizdə genişmiqyaslı proseslərin reallaşmasına rəvac verib. 2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə insanlara mərhəmət, şəfqət bəxş edən birinci xanım, həm də Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılmasını təmin etmiş oldu. Heç bir sahə onun diqqətindən kənarda qalmadı. Etdiyi xeyirxahlıqlarla qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər kəsin ümid yerinə çevrildi.

Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi müddətdə məhz Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı (2007, 2009, 2013 və 2016-cı illərdə) qəbul edildi. Hər dəfə on minlərlə insana şamil edilən bu amnistiyaların fəlsəfəsində yeni ictimai münasibətlərin formalaşması, vətəndaş həmrəyliyi anlayışı dayanır. Bu həm də bağışlayan qəlbin böyüklüyünün təzahürü idi...

Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri müxtəlif ölkələri, qitələri əhatə edir. Milli amallar naminə göstərdiyi gərgin səylər, Azərbaycanın dünyada təbliği işində həyata keçirdiyi layihələr, təşkil etdiyi konfranslarla, görüşlərlə Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın, müasir Azərbaycan qadınının ideal obrazını yaratdı.

2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyevanın Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə təltif edilməsi isə onun yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisi idi. Azərbaycanın birinci xanımı həm də UNESCO və ISESCO-nun xoşməramlı səfiridir və dünyada ikinci belə şəxsiyyət yoxdur ki, bu iki mötəbər təşkilatın üzvü olsun. Onun bu istiqamətdə gördüyü işlər sayəsində Azərbaycan böyük dividendlər qazanıb.

İki il öncə, 2017-ci ilin fevral ayının 21-dən isə Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunan Mehriban xanım Əliyevanın həyatında yeni dönəm başladı. Əlbəttə ki, dövlət başçısının bu qərarı qəbul etməsində əsas rol oynayan məsələ ilk növbədə, Mehriban xanımın çoxşaxəli uğurlu fəaliyyəti oldu. Bu həm də ölkənin birinci xanımının ictimai fəaliyyətinin cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamladığının təsdiqi idi. Bir daha bəlli oldu ki, Mehriban xanım sədaqətli həyat yoldaşı olduğu kimi, həm də Azərbaycan Prezidentinin ən yaxın silahdaşıdır.

Dövlət başçısının Mehriban xanım haqqında dediyi fikirlər də deyilənləri bir daha təsdiqləyir: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

Prezidentin böyük etimad göstərdiyi Mehriban xanım dövlət başçısının, ən başlıcası isə ona inanan, ümid bəsləyən insanların etimadını doğruldacağına söz verdi. Və ötən iki il müddətində bütün vəzifələrin öhdəsindən böyük məharətlə gələrək bu etimadı doğrultdu. Mehriban xanım bir daha təsdiq etdi ki, peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial dövlət xadimi Prezidentin ən yaxın silahdaşıdır. Dövlət başçısı ilə çiyin-çiyinə addımlayan Mehriban xanım bu müddət ərzində əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirdi.

Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bunu təsdiqləyən reallıqdır.

Ümumiyyətlə, Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə də hər zaman əhalinin zəif müdafiə olunan təbəqələrinə etdiyi yardımlar, qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində atdığı addımlar, kimsəsizlərə, xəstələrə göstərdiyi qayğı Mehriban xanımın əvvəlki illərdə gördüyü işlərin davamıdır desək, yanılmarıq. Bütün bunlar göstərir ki, Azərbaycanın birinci xanımı bundan sonra da öz fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasətə layiqli töhfələr verəcək.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında, ictimai-siyasi proseslərdə həmişə fəal olmasında Mehriban Əliyevanın xüsusi xidmətləri var. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurub. Beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidentini Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar, medallar onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında prinsipiallıq, xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, bəşəriyyətə sevgi dayanır.

Ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü əvəzsiz işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Qadınlara qarşı şiddət, psixoloji zorakılıq göstərən və onu cəmiyyətdən kənarlaşdıran hər bir kəs bilməlidir ki, Azərbaycan qadını tək deyil, onun hamisi və yardımçısı, ölkənin birinci xanımı Mehriban Əliyeva kimi müdafiəçisi var.

Mehriban Əliyeva sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur və istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.

Onun bu dünyaya, insanlığa göstərdiyi xidmətlər zamanın fövqündədir...
O qadın müdrikliyinin, fədakarlığının parlaq nümunəsidir...
Evinin xanımı, həyat yoldaşının dayağı, övladlarının anası, dəcəl nəvələrin nənəsi...
Həm də əsgər anası...

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir...”

...Mehriban xanım özü mənəvi obrazını bu bir neçə sətirlik cümlələrlə mükəmməl şəkildə ifadə edib.

Bu günə qədər ölkəmizdə və beynəlxalq səviyyədə aldığı orden və medalları, fəxri adları sadalamaqla bitməz. Amma o, bütün bu fəaliyyətini xalqı, dövləti və bəşəri ideyalar üçün edir...

Mehriban xanım Əliyevanın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan tükənməz sevgisi, inamı, etibarıdır...
Milyonlarla könüldə ucalan xalq məhəbbətidir...
Bayramınız mübarək, əziz Mehriban xanım...


Günel HƏMİDLİ,
hüquq üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM