07 Mart 2019 01:45
607
İQTİSADİYYAT
A- A+

2018-ci il Azərbaycanın neft-qaz sektorunda mühüm hadisələrlə zəngin oldu


BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz jurnalistlər üçün brifinqdə ölkəmizdə həyata keçirilən mühüm neft-qaz və ixrac layihələri çərçivəsində keçən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açdı.

"Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzərində dayanan Q.Counz 2018-ci ildə sözügedən yataqlardan hasilatın ahəngdar və təhlükəsiz şəkildə davam etdiyini bildirdi. Belə ki, il ərzində AÇG-dən gündə orta hesabla 584 min barel, ümumilikdə isə 213 milyon barelə yaxın, yəni 29 milyon ton neft hasil edilib. İlin sonunda bu yataqlar blokunda 117 neft hasilatı quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub, ümumilikdə 17 yeni quyu qazılıb.

Keçən il AÇG-nin əməliyyat xərcləri təqribən 505 milyon dollar, əsaslı xərcləri isə 1 milyard 150 milyon dollar təşkil edib.

İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə səmt qazının verilməsi də ahəngdar gedib. Terminala "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından sualtı xətlərlə neft və qazın göndərilməsi uğurla davam edir.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin fəaliyyətindən bəhs edərkən BP-nin regional prezidenti 2006-cı ilin iyun ayından bu ilin əvvəlinədək bu boru xətti ilə ümumilikdə 417 milyon tondan artıq, yəni 3,12 milyard bareldən çox xam neft nəql edildiyini bildirib. Bu neft həcmləri Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC-nin keçən il daşıdığı 34 milyon tondan çox xam neft isə Ceyhanda 327 tankerə yüklənib. Hazırda boru kəməri əsasən AÇG neftini və "Şahdəniz” kondensatını nəql edir. Bundan əlavə, kəmərə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də vurulur.

Keçən il "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələri üçün xüsusilə uğurlu olub. Qəri Counz bu barədə də ətraflı söhbət açıb. Bildirib ki, il ərzində "Şahdəniz”dən 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilib. Beləliklə, yataqdan ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd olunub. Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

Mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olduğunu xatırladan Q.Counz iyunun 30-da "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımaların başlandığını qeyd etdi. Hazırda "Şahdəniz Bravo” qurğularından qaz və kondensatın terminala, oradan da dünya bazarlarına nəqli davam edir.

Əməliyyatçı şirkətin prezidenti Xəzərdə aparılan geoloji-kəşfiyyat işlərinə, həyata keçirdikləri sosial layihələrə də toxundu və sonda jurnalistləri maraqlandıran sualları cavablandırdı.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video