06 Mart 2019 22:52
703
Mədəniyyət
A- A+

Azərbaycanın UNESCO üzrə Milli Komissiyası böyük uğurlara imza atıb



Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.

Tədbirin rəsmi hissəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətini əks etdirən qısametrajlı film göstərilib. Videoçarxda ötən 25 ildə Azərbaycan xalqının muğam (2008-ci il), aşıq sənəti (2009-cu il), Novruz bayramı (2009-cu il), xalçaçılıq sənəti (2010-cu il), tar ifaçılıq sənəti (2012-ci il), Qarabağ atları üzərində çövkən oyunu (2013-cü il), kəlağayı simvolizmi və ənənəvi sənəti (2014-cü il), Lahıc misgərlik sənəti (2015-ci il), lavaş çörəkbişirmə ənənəsi (2016-cı il, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə birgə), dolma milli yeməyi (2017-ci il), kamança simli musiqi alətinin hazırlanması və ifaçılığı sənəti (2017-ci il), yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri (2018-ci il), "Dədə Qorqud” eposu (2018-ci il, Türkiyə və Qazaxıstanla birgə) kimi mədəni irs nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üzrə böyük işlər görülüb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi daim Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətinə böyük dəstək veriblər.

Tədbir tanınmış xanəndələrin, folklor mahnı və rəqs ansambllarının iştirakında konsert proqramı ilə davam edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video