06 Mart 2019 19:32
480
SİYASƏT
A- A+

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər dünya üçün çox gözəl nümunədir


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Mustafa Şentopu Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Baş nazir bu səfərin qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

"Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Qardaş ölkələrimiz arasındakı münasibətlər dünya üçün çox gözəl nümunədir. Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilərək həm ikitərəfli, həm də çoxtərəfli formatda böyük uğurlar əldə olunub. Bu əməkdaşlıq bizim ölkələrimizin, xalqlarımızın maraqlarına xidmət etməklə yanaşı, regionun inkişafına da mühüm töhfələr verir”, - deyə Novruz Məmmədov qeyd edib.

Baş nazir Azərbaycanın və Türkiyənin nəqliyyat və energetika sahələrində birgə reallaşdırdıqları layihələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop iki dövlət arasında yeni vəzifəyə başlayan rəsmilərin ilk səfərlərini qardaş ölkəyə etmələrinin artıq bir ənənəyə çevrildiyini bildirərək, Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan Mustafa Şentop bildirib ki, ölkələrimiz tərəfindən həyata keçirilən qlobal əhəmiyyətli layihələr, o cümlədən "STAR” neft emalı zavodunun, Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir.

Parlament sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, qardaş dəstəyinin daim davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin parlamentləri arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video