06 Mart 2019 19:27
695
İDMAN
A- A+

Çingiz Hüseynzadə: Nazim Babayevin Avropa çempionu olması ölkəmizdə atletikanın inkişafının göstəricisidir


Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatının üçtəkanla tullanma yarışında qızıl medal qazanan Nazim Babayev ilə martın 6-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Nazim Babayevin 35-ci qış Avropa çempionatında qızıl medal qazanması ölkəmizdə idmanın, o cümlədən atletikanın inkişafının göstəricisidir. Bu qələbə sübut etdi ki, Azərbaycanda böyük potensialı olan kifayət qədər gənc atlet yetişib. Bu isə atletika idmanında daha böyük uğurların qazanılacağını deməyə əsas verir.

Federasiya prezidenti Nazim Babayevin daha mötəbər turnirlərdə, o cümlədən Olimpiya Oyunlarında və dünya çempionatlarında da uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Nazim Babayevin məşqçisi Ziyad Xəlfəliyev atletimizin çempionatda inamla çıxış etdiyini vurğulayaraq deyib: "Nazimin rəqiblərinin təcrübəli olmalarına baxmayaraq, o, sonadək mübarizə apardı və Azərbaycan Respublikasının dövlət himnini 20 min tamaşaçının olduğu arenada səsləndirməyi bacardı”.

Yarışda öz üzərində böyük məsuliyyət hiss etdiyini vurğulayan Nazim Babayev diqqətə çatdırıb: "Məhz bu məsuliyyət mənim finala yüksəlməyimdə həlledici rol oynadı. Finalda isə təcrübəli rəqiblərimlə mübarizə aparmağıma baxmayaraq, Avropa çempionu olmağı bacardım. İnanıram ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəyəm”.

AAF-ın baş katibi Məhərrəm Sultanzadə indiyədək Azərbaycan idmançılarından Avropa çempionatlarında üçtəkanla tullanma yarışında çempionun olmadığını vurğulayaraq deyib: "Nazim Babayev fevralın 16-da Balkan Oyunlarında ikinci yeri tutub. O, bu çempionatda isə daha böyük uğur qazandı. Məhz bu uğur Azərbaycanın 49 ölkə arasında onuncu yeri tutmasını təmin etdi”.

Federasiyanın vitse-prezidenti Firat Hüseynov və baş məşqçi Bəhruz Salehli qazandığı böyük uğur münasibətilə Nazim Babayevi və məşqçisi Ziyad Xəlfəliyevi təbrik edib, onlara uğurlar arzulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video