06 Mart 2019 19:24
1169
PARLAMENT
A- A+

Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti TürkPA katibliyində olub



Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov martın 6-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) katibliyinin inzibati binasında olublar.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, fəaliyyətini ildən-ilə genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TürkPA-nın katibliyinin inzibati binasında bütün lazımi şərait yaradılıb.

Türkiyə parlamentinin sədri TürkPA-nın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub, həmçinin burada yerləşən kitabxanadakı eksponatlara baxıb.

Mustafa Şentop TürkPA katibliyinin inzibati binasının həyətində dostluq və qardaşlıq rəmzi olan həmişəyaşıl ağac əkib.

Sonra keçirilən görüşdə təşkilatın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın quruma verdiyi töhfələr yüksək qiymətləndirilib. Bildirilib ki, TürkPA-nın fəaliyyəti türk xalqlarının ümumi məqsədlərinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video