06 Mart 2019 17:27
532
DÜNYA
A- A+

ABŞ Türkiyə ilə hərbi əməkdaşlığı məhdudlaşdıra bilər


Ankara Rusiya istehsalı olan S-400 zenit-raket sistemləri alsa, ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri satmaqdan imtina edə bilər. Bu barədə jurnalistlərə ABŞ-ın Avropadakı qoşunlarının və NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı, general Kertis Skaparotti məlumat vermişdir.

Skaparotti ABŞ Senatının silahlı qüvvələr komitəsinin iclası zamanı demişdir: "Mən israrla tövsiyə edirəm ki, biz Rusiya sistemləri, xüsusilə ən qabaqcıl texnologiya olan raket əleyhinə müdafiə sistemləri ilə işləyən müttəfiqlə F-35 sazişindən və birgə fəaliyyətdən imtina edək”. Bundan əlavə, Türkiyə-Rusiya sazişi baş tutarsa, Vaşinqton Ankaraya 3,5 milyard dollar məbləğində "Patriot” raket kompelksləri satmaq təklifini geri çağıracaq.

Ötən ay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdir ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması "baş tutmuş sazişdir”. Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, Ankara mövqeyini ABŞ Konqresində izah etməyə hazırdır. O ümidvar olduğunu bildirmişdir ki, Vaşinqton sərt mövqeyindən çəkilməyə razılıq verəcək.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video