06 Mart 2019 17:21
590
Mədəniyyət
A- A+

Ankarada “Nəsimi ili”nin açılışı olub


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında "Nəsimi ili”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Əvvəlcə qonaqlar Nəsimiyə aid kitab sərgi ilə tanış olublar.

Mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun çıxış edib.

Ə. Qarayev Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq artisti fəxri adı ilə təltif olunan TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.

Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirin panel hissəsi keçirilib.

Sonra bədii hissə olub.

Bu gün Ankarda Cümhurbaşkanlığı Simfonik Orkestrinin konsert salonunda mərasimin daha bir bədii hissəsi keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında” müvafiq sərəncamlarına, eləcə də TÜRKSOY tərəfindən 2019-cu ilin türk dünyasında "Nəsimi ili” elan olunması münasibəti ilə təşkil olunan növbəti tədbir martın 7-də Türkiyənin İstanbul şəhərində, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video