Alternative content

12:16 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub
Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
16:46 06.03.2019

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin bu cür inkişaf etməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.

Milli Məclisin sədri Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi bazasının yaradıldığını bildirərək, deyib ki, ötən dövr ərzində qardaş ölkələrimiz arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir.

İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov diqqətə çatdırıb ki, 2017-ci ildə Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar idisə, 2018-ci ildə bu göstərici üç milyard beş yüz milyon dollar olub. Əsas hədəfimiz ticarət dövriyyəsinin həcmini on milyard dollara çatdırmaqdır. Digər sevindirici hal isə Azərbaycanın Türkiyədə əsas sərmayəçilərdən biri olmasıdır. Ölkələrimiz birgə regional layihələr həyata keçirirlər. Bu layihələr gələcəkdə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır.

Parlamentlərimiz arasında əlaqələrin davamlı olaraq genişləndiyini söyləyən Oqtay Əsədov qeyd edib ki, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyirlər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu qeyd edən Mustafa Şentop deyib ki, dünyada qardaş ölkələrimiz qədər bir-birinə yaxın olan dövlətlər yoxdur.

Mustafa Şentop parlamentlərimizin dostluq qruplarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM