06 Mart 2019 16:28
412
İQTİSADİYYAT
A- A+

Muxtar respublikanın enerji təhlükəsizliyi təmin edilib


Ötən il muxtar respublikada 425 milyon 941 min 325 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ildəki göstəricidən 96,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2018-ci ildə muxtar respublikada elektrik enerjisinin 240 milyon 631 min 325 kilovat-saatı və ya 56,5 faizi istilik elektrik stansiyalarında, 151 milyon 380 min kilovat-saatı və ya 35,5 faizi su elektrik stansiyalarında, 33 milyon 930 min kilovat-saatı və ya 8 faizi isə günəş elektrik stansiyasında istehsal edilib. Alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 43,5 faizini təşkil edib. Keçən il ölkə üzrə günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,5 faizi muxtar respublikada istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə həyata keçirilən tədbirlər bütün sahələrlə yanaşı, energetika sektorunun inkişafına da geniş imkanlar yaradıb.

Muxtar respublikanın enerji təchizatını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib.

Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açıb, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavatlıq su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücü olan "Arpaçay-1” və 1,4 meqavatlıq "Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavatlıq Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Əhalinin elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın davamlı enerji ilə təmin olunması istiqamətində təkcə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar muxtar respublikada 3 elektrik stansiyası tikilib 622,7 kilometr elektrik xətləri çəkilib və əsaslı təmir olunub, 784 transformator və 181 yarımstansiya quraşdırılıb və ya əsaslı təmir edilib.

Əgər əvvəllər muxtar respublikada ümumi gücü 22 meqavat olan 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin sonuna bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Yeni yaradılan güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirib.

Muxtar respublikanın enerji sistemini daha da müasirləşdirmək və ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə bu ilin fevralında Kəngərli rayonunda 2 meqavat gücündə günəş elektrik stansiyası istifadəyə verilib, hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 6,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 1 transformator yarımstansiyası quraşdırılıb. Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi, Naxçıvan şəhərində və Babək rayonunun Babək qəsəbəsində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video