06 Mart 2019 15:26
482
DÜNYA
A- A+

Ermənistan ordusundakı ölüm faktları gizlədilir


Ermənistan ordusundakı ölüm faktları gizlədilir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan məlumat verib.

Andranik Koçaryan bildirib ki, müdafiə nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almırlar. Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və digər hərbçi öz layiqli cəzasını almalıdır. Onun sözlərinə görə, bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir.

Hüquq müdafiəçisi Janna Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda, əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olmasıdır. Yəni əsgərlər alçaldılırlar və döyülürlər. Aleksanyan əsgər Yurik Broyanın işgəncələrə məruz qalması faktına da toxunub. Bildirib ki, Broyanın psixi problemi var, əsəb xəstəsidir və onu orduya aparıblar.

Ermənistanda ictimai-siyasi vəziyyət də gərginləşir. İşğalçı ölkədə vətəndaş qarşıdurması gözlənilir. Etiraz aksiyalarında iştirak edən tanınmış şəxslər bu fikirdədilər. Yazıçı-publisist Narek Malyan bu çıxışından sonra bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. 10 ilə yaxın müddətdə Ermənistan Daxili İşlər Nazirliyində müşavir vəzifəsində çalışan Malyan bunun planlı şəkildə edildiyini deyib. Zərərçəkmiş bildirib ki, Paşinyan bu cür hallar barədə dərindən düşünsün. Onun ətrafına topladığı insanların hamısı quldurdur. Aldıqları qrantlar hesabına isə ölkədə istədiklərini edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video