06 Mart 2019 08:09
781
İDMAN
A- A+

UEFA Çempionlar Liqası: “Ayaks” və “Tottemhem” dörddəbir final mərhələsinə vəsiqə qazanıb


UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin gözlənilməz hesabı "Santyaqo Bernabeu” stadionunda qeydə alınıb. İspaniyanın "Real Madrid" klubu doğma azarkeşlər önündə Hollandiyanın "Ayaks" komandasını qəbul edib. Öz meydanında 2:1 hesabı ilə məğlub olan hollandiyalılar ilk dəqiqlərdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 7-ci dəqiqəsində "Ayaks" hesabı açıb. Həkim Zireç Dusan Tadiçin ötürməsini dəqiq zərbə ilə dəyərləndirib - 0:1. Qoldan 11 dəqiqə sonra hollandiyalılar David Neresin sayəsində hesab arasındaki fərqi iki topa çatdırıb - 0:2. Fasiləyə qədər Madrid təmsilçisinin səylərinə baxmayaraq hesab dəyişməyib.

Matçın ikinci hissəsində əks hücumlara bel bağlayan "Ayaks" üçüncü qolu vurmağa nail olub. Dusan Tadiç uzaq doqquzluğu dəqiq nişan alaraq adını tabloya yazdırıb - 0:3.

Matçın 70-ci dəqiqəsində hücumların kəsərin artıran "Real Madrid" qollardan birinin əvəzini çıxıb. Marko Asensio uzaq məsafədən baxımlı qola imza atıb - 1:3.

Bu da oyunda son qol olmayıb. Oyunda son nöqtəni Lasse Şöne qoyub. Danimarkalı yarımmüdafiəçisi cərimə zərbəsində birbaşa qapıya dəqiq zərbə vurub - 1:4. Qarşılaşmanın 90-ci dəqiqəsində "Real Madrid" klubunun müdafiəçisi Naço Fernandez qırmızı vərəqə alaraq meydandan qovulub.

Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayaraq Amsterdam təmsilçisi hesabı qoruyub saxlayıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən (5:3) "Ayaks" növbəti mərhələyə vəsiqə qazanıb.

Mərhələnin birinci günün digər oyunu Almaniyanın "Signal İduna Park" stadionunda baş tutub. İngiltərənin "Tottemhem" klubu səfərdə "Borussiya Dortmund" komandasının qonağı olub. Görüş ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, İngiltərədə oynanılan ilk görüşdə "Tottemhem" böyük hesabla qələbə qazanmışdı - 3:0. Hər iki oyunun nəticəsinə əsasən "Tottemhem" dörddəbir finala vəsiqə qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video