Alternative content

20:10 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Teatrın inkişafına dövlətin daha bir töhfəsi
Teatrın inkişafına dövlətin daha bir töhfəsi
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 06.03.2019


Azərbaycan Prezidenti imzaladığı sərəncamla səhnə sənətinin daim diqqət mərkəzində olduğunu təsdiqlədi


Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İllərdən bəri baxımsızlıq üzündən öz simasını dəyişmiş teatr binalarının bərpası ilə yanaşı, yaradıcı kollektivlərə diqqət və qayğı öz bəhrəsini qısa müddət ərzində göstərdi.

Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən müntəzəm şəkildə müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni sənət əsərləri səhnəyə çıxarılır, sənətkarların yubileyləri qeyd edilir, onların ictimai həyatdakı nüfuzları getdikcə artırılır. Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri də genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada fəaliyyət göstərən 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyəti təmin edilir, onlar hər cür dövlət qayğısı ilə əhatə olunurlar.

Milli teatrın parlaq bədii irsinin qorunması, bu sahədə də islahatların aparılması, mədəniyyətin təbliği və bütövlükdə teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər davam etdirilir.

Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, səhnə sənətinin fəaliyyətinə qayğının daha da artırılması məqsədilə dövlət başçısı martın 4-də yeni bir sərəncam imzaladı. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan teatr sənətinin ölkəmizin ictimai-mədəni həyatında daim önəmli yeri var. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə edir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri var.

Həmin ənənələrin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə isə 100 min manat ayrılması üçün sərəncam imzalayıb.

Onu da xüsusi olaraq xatırladaq ki, hələ haqqında söz açdığımız sənədin imzalanmasından öncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə sənət adamlarının təkliflərini nəzərə alaraq, kinematoqrafiyanın inkişafı üçün də Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmasına dair sərəncam verdi. Dövlət başçısı görüşdə teatr işçilərinin əməkhaqlarının azlığı ilə bağlı qaldırılan məsələni nəzarətə götürərək bununla bağlı təkliflər hazırlanmasına və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasına dair tapşırıq da vermişdi.

Bütün bu diqqət və qayğı mədəniyyət sahəsində çalışanların, əlbəttə, öz işlərinə və sənətlərinə daha ürəkdən bağlılıq hissini gücləndirir, eyni zamanda səhnə sənətinin tarixi ənənələrinə sadiq qalmaq üçün üzərimizə ciddi məsuliyyət qoyur. Çalışacağıq ki, biz də öz sevimli peşəmizlə bundan sonra da milli teatrımızın gələcək nəsillərə çatdırılmasına, xalqımızın mənəvi dəyərlərindən biri kimi qorunub saxlanmasına xidmət göstərək. Mədəniyyətimizin, incəsənətimizin bir qolu olan teatr heç vaxt sevimli tamaşaçısından ayrı yaşaya bilməz.

Azərpaşa NEMƏTOV,

xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM