05 Mart 2019 21:48
445
SİYASƏT
A- A+

ATƏT-in fəaliyyətdə olan sədri: Azərbaycan ATƏT-in vacib üzv dövlətlərindən biridir


Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səmərəli müzakirələr aparılıb. Ermənistanın milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyanın bəyanatlarına münasibət bildirən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son vaxtlar belə bəyanatlar səsləndirdiklərini və bunun danışıqlar prosesinə mənfi təsir etdiyini vurğulayaraq deyib: "Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həlli üçün böyük səylər göstərir. Ermənistan tərəfindən verilən bəyanatlar isə heç də sülh vəd etmir”.

Münaqişə başlayandan bəri erməni xalqının ancaq əziyyətlərə, məhrumiyyətlərə düçar olduğunu, demoqrafik, siyasi və iqtisadi problemlərlə üzləşdiyini bildirən nazir problemin həllinin vacibliyini vurğulayıb. O deyib: "Həmsədrlər də, Azərbaycan da eyni mövqedən çıxış edib status-kvonun saxlanılmasının yolverilməz olduğunu bildirirlər. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və bu sahədə fəaliyyətini davam etdirir”.

Nazir bu yaxınlarda bölgədə sabitliyin və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək və genişləndirmək məqsədilə Buxarestdə xarici işlər nazirlərinin iştirakı ilə xüsusi görüşün təşkil edildiyini və orada geniş müzakirələr aparıldığını da bildirib.

Mətbuat konfransında Miroslav Layçak ATƏT-in sədri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirən nazir bu yaxınlarda Bakıda səfirlik açmağa qərar verdiklərini vurğulayıb. M.Layçak ATƏT-dəki sədrliyi dövründə prioritetlərdən birinin məhz münaqişələrin həlli olduğunu bildirib. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə davamlı dəstəyini vurğulayan M.Layçak təşkilatın bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək əzmində olduğunu deyib. Qeyd edib ki, indiyə qədər prezidentlər və nazirlər səviyyəsində çoxlu müzakirələr aparılıb. Bu iş davam etdirilməlidir.

M.Layçak ATƏT-in Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək deyib: "Azərbaycan ATƏT-in vacib üzv dövlətlərindən biridir. ATƏT-in Azərbaycanla əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün müxtəlif məsələləri müzakirə etdik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video