05 Mart 2019 21:46
352
SİYASƏT
A- A+

Abuzər Türkmən: Azərbaycan ilə münasibətlərin inkişafı İran üçün xüsusilə vacibdir və əhəmiyyətlidir


İran İslam Respublikası öz mövqeyini rəsmi tribunalardan səsləndirir. Ermənistanın baş nazirinin İrana səfəri zamanı səslənən şüarlar rəsmi Tehranın mövqeyi deyil. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişik və bundan sonra da edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 5-də Tehranda keçirdiyi mətbuat konfransında İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər Türkmən deyib. O bildirib ki, İran ilə Azərbaycan xalqları ortaq mədəniyyətə, dinə, adət ənənələrə malikdirlər. İranın Ali lideri Ayətullah Seyid Əli Xamneyinin mövqeyi ondan ibarətdir ki, İran hər zaman Azərbaycanı müdafiə etməlidir. Keçmişdə İran Azərbaycanı müdafiə edib və yardımlar göstərib. Bu siyasət dəyişməyib.

Azərbaycan xalqının narahatlığını başa düşdüyünü vurğulayan A.Türkmən qeyd edib ki, Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı İran üçün xüsusilə vacibdir və əhəmiyyətlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video