05 Mart 2019 13:37
405
DÜNYA
A- A+

Ermənistanda 10 min nəfər dövlət qulluqçusu işsiz qalacaq


Ermənistanda hökumətin struktur islahatları nəticəsində 10 min nəfər dövlət qulluqçusu işsiz qalacaq.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan hökumətinin "hökumət strukturlarının optimallaşdırılması” adı altında həyata keçirdiyi islahatlar çərçivəsində nazirlik və idarələrdə geniş ixtisarlar nəzərdə tutulur. Belə ki, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq.

Əhali arasında narazılığın artdığını görən Ermənistanın iqtisadi inkişaf və sərmayələr naziri Tiqran Xaçatryan parlamentdəki çıxışında bildirib ki, hökumət hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib. Onun sözlərinə görə, ixtisar ediləcək dövlət qulluqçularının sayı isə "sonrakı məsələdir”.

Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər komissiyasının sədri Naira Zoqrabyan bəyan edib ki, hökumətin iddia etdiyi kimi, 10 min insanın işsiz qalmasını ölkə maraqları ilə izah etmək ağlasığmazdır. "Mən heç cür anlaya bilmirəm ki, işsizliyin artması ölkə maraqlarına necə uyğun gələ bilər. Hökumət bu iddiasını cəmiyyətə izah etməlidir”, -deyə deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video