05 Mart 2019 11:56
411
DÜNYA
A- A+

Dünyanın ən varlı adamının adı açıqlanıb


"Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı adamlarının siyahısına ardıcıl olaraq ikinci dəfə "Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edib.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, internet üzərindən mal və xidmətlərin satışını həyata keçirən şirkətin sahibinin sərvəti 112 milyard dollardır. Müqayisə üçün qeyd edilib ki, Bezosun sərvətinin cəmi 1 faizi 105 milyon əhalisi olan Efiopiyanın dövlət büdcəsindən səhiyyə üçün ayrılan xərclərdən çoxdur.

Eyni zamanda, "Forbes” bildirib ki, hazırda boşanma ərəfəsində olan milyarder sərvətinin yarısını itirə bilər və belə olan halda onun həyat yoldaşı Makkenzi planetin ən varlı qadınına çevriləcək.

Qeyd edək ki, "Forbes” jurnalının versiyasına görə, son 10 ildə milyarderlərin sayı ikiqat artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video