05 Mart 2019 00:30
493
CƏMİYYƏT
A- A+

“Təzadlar” qəzeti Mətbuat Şurasının “qara siyahı”sına qaytarıldı


Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə və apelyasiya komissiyalarının birgə iclası keçirilib.

İclasda şuranın şikayətlər üzrə komissiyasının "Təzadlar” qəzeti ilə bağlı "Reket jurnalistika”ya qarşı mübarizə komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, "Təzadlar”ın fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə şuranın "qara siyahı”sında yer alıb. MŞ-nin "Reket nəşrlər”in müəyyənləşdirilməsinə dair təlimatında göstərilir ki, adı "qara siyahı”dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda, onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet şuranın şikayətlər üzrə komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, "Təzadlar” qəzetinin adı yenidən şuranın "qara siyahı”sına daxil edilsin.

Apelyasiya Komissiyası tərəfindən "Ailə”, "Avrotayms”, "Bakı press”, "Güzgü”, "Dünya kriminal” və "Obyektiv fikir” qəzetlərinin adlarının şuranın "qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb. Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video