04 Mart 2019 22:40
393
SİYASƏT
A- A+

Prezident İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır


Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək, qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 80-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2017-ci il mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin may-iyun aylarını əhatə edir.

Kitaba Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərində iştirakına, XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, XXIV Beynəlxalq "Xəzər neft və qaz-2017” sərgi və konfransının açılış mərasimində nitqinin mətni, həmçinin VII Xəzər Beynəlxalq "Energetika və alternativ enerji” sərgisinin açılışında iştirakı haqqında informasiya daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına, habelə Polşaya səfərləri, Azərbaycana səfər etmiş Moldova Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Kitabda Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan "OIC Journal”da dərc edilmiş "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi verilib.

Çoxcildliyin 80-ci kitabında Prezident İlham Əliyevin İordaniya, Səudiyyə Ərəbistanı, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da yer alıb.

Oxucular bu kitabda ölkə başçısının Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri zamanı sakinlərlə görüşünü, burada yeni inşa olunmuş 96 şagird yerlik məktəblə, həmçinin məscidlə, kənddə aparılan bərpa işləri ilə tanışlığını, eləcə də Şirvan şəhərinə səfərini əks etdirən materiallarla tanış ola bilərlər.

Nəşrdə Azərbaycan Prezidentinin Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışı, Qaradağ rayonunda SOCAR-ın "Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı, Xəzər Dəniz Gəmiçiliyi Donanmasının "Qubadlı” və "Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimlərində iştirakı barədə informasiyalar toplanıb.

Prezident İlham Əliyevin "Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına məktubu və digər məktubları da bu nəşrə daxil edilib.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

"Azərnəşr” tərəfindən buraxılan 80-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video