Alternative content

04:22 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
ANA SƏHİFƏ / PARLAMENT
22:10 04.03.2019

Martın 4-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-da İtaliya nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu iki nümayəndə heyətinin ATƏT çərçivəsindəki əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür.

Bahar Muradova İtaliyanın ATƏT PA-ya sədrliyi dövründə görülən işlər haqda danışıb. O, hazırkı dövrdə iqtisadiyyat, hərbi-siyasi, insan hüquqları baxımından mövcud olan çağırışları qeyd edərək ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin yalnız birgə səylər sayəsində aradan qaldırıla biləcəyini vurğulayıb.

Milli Məclis sədrinin müavini Azərbaycan-İtaliya əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlərin əhəmiyyətindən söz açıb, ölkəmizin təşəbbüsü ilə yaradılmış ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna 24-cü üzv olaraq daxil olan İtaliyanın təmsilçilərini təbrik edib. Bahar Muradova bu müstəvidə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açıldığını bildirib.

Görüşdə İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini, ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi bildirib ki, Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır. Ölkələrimiz energetika və iqtisadiyyat sahələrində əməkdaşlıq edirlər. ATƏT bu əməkdaşlığı daha geniş çərçivədə həyata keçirmək üçün gözəl qurumdur. Biz ATƏT-də Azərbaycanın maraqlarını müdafiə etmək üçün əlimizdən gələni edirik.

Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü, İpək Yoluna Dəstək Qrupunun rəhbəri Azay Quliyev, deputat Tahir Mirkişili fikirlərini bildiriblər. Əminlik ifadə olunub ki, hazırkı səfər daha məhsuldar əlaqələrin qurulmasına xidmət edəcək.

Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM