Alternative content

23:46 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB
ANA SƏHİFƏ / Qəbullar
17:18 04.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə öz töhfəsini verdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, multikulturalizm və müxtəlif etnik və dini icmaların Azərbaycanda dinc yanaşı yaşamalarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşatdığı həyat tərzidir.

Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu və ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi vurğulandı.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM