04 Mart 2019 17:14
643
İDMAN
A- A+

UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycan futbolunun uğurudur


"Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma çox maraqlı keçdi. Bu kampaniyanın bir hissəsi olmaqdan çox məmnunam.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 4-də AFFA-nın hesabat konfransında iştirak edən polşalı veteran futbolçu Yeju Dudek jurnalistlərə müsahibəsində deyib.

Sabiq qapıçı bildirib ki, UEFA Avropa Liqasının finalının təşkili hər bir ölkə üçün mühüm hadisədir. Bunu Azərbaycan futbolunun uğuru kimi qəbul etmək olar. Həm "Çelsi”nin, həm də digər ingilis klublarının finalda iştirak etmək üçün çox yaxşı şansları var.

Sabiq komandası "Liverpul”un cari mövsümdə çempionluq şansını dəyərləndirən Y.Dudek bildirib: "Komanda uzun müddət sonra çempionluq üçün yaxşı imkan əldə edib. Doğrudur, dünən xal itirdi. Amma düşünürəm ki, qarşıda bu itkini sığortalamaq üçün hələ çox oyun var. Mövsümün əsas hissəsi hələ indi başlayır. Bu komandaya çox böyük inamım var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video