04 Mart 2019 17:09
356
DÜNYA
A- A+

Erməni siyasətçi: Xarici siyasət və beynəlxalq münasibətlər Paşinyan hökumətinin “Axilles dabanı”dır


Ermənistan Respublika partiyasının sədr müavini Armen Aşotyan keçirdiyi mətbuat konfransında bildirib ki, xarici siyasət və beynəlxalq münasibətlər Paşinyan hökumətinin "Axilles dabanı”dır. Onun sözlərinə görə, ölkənin yeni hökuməti bu sahədə verdiyi seçkiqabağı vədlərin heç birinə əməl etməyib.

AZƏRTAC "Sputnik” informasiya agentliyinə istinadla xəbər verir ki, Aşotyan təcrübəsiz hökumətin Rusiya, Avropa İttifaqı və ümumilikdə Qərblə münasibətlərdə konkret xarici siyasət konsepsiyasına malik olmadığını qeyd edib. Əlavə edib ki, Paşinyanın təqdim etdiyi hökumət proqramında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə olan qalmaqal məharətlə ört-basdır edilib. Bundan başqa, 2018-ci il üçün hesabatda qeyd olunmayıb ki, Ermənistanın həmin təşkilatda çox mühüm olan baş katib vəzifəsindən məhrum olması məhz daxili siyasi ziddiyyətlərin nəticəsidir.

Erməni siyasətçi qeyd edib ki, xarici siyasətin Avropa istiqaməti də başdan-ayağa problemlərdən ibarətdir. "Hökumət Avropa İttifaqı ilə tərəfdaşlıq Sazişi çərçivəsində öhdəsinə götürdüyü vəzifələrin heç birini icra etməyib. Rəsmən bəyan edirəm: 2018-ci il iyunun 1-dən bugünədək sazişdə nəzərdə tutulan islahatlardan heç biri həyata keçirilməyib. Hökumətin hesabatında görülən konkret tədbirlərin əvəzinə keçirilən iclaslar, ezamiyyətlər və digər nəticəsiz və tamamilə boş məsələlərdən bəhs olunur” –deyə Aşotyan vurğulayıb.

Əvvəllər Ermənistan parlamentində Avropa İttifaqı ilə danışıqlar üzrə komissiyanın sədri olmuş siyasətçinin sözlərinə görə, yeni hökumətin ötən ilin dekabrında götürdüyü öhdəliklərin yerinə yetirilməməsinin səbəbi hər kəsə məlumdur. O diqqətə çatdırıb ki, Aİ-nin Ermənistandakı səfiri P.Svitalski də avropalı mütəxəssislərin Brüsseldə həmin sənədin üzərində hələ də iş apardığını və erməni hökumət strukturlarının görməli olduqları işin onlar tərəfindən yerinə yetirildiyini diplomatik tonla bəyan edib. "Avropalılar son qərarlarını martın sonunda bildirəcəklər, lakin belə məlum olur ki, Paşinyan hökuməti bu tərəfdaşlıqda o qədər də həvəsli deyil. Bunun nəticəsində heç bir fəaliyyət proqramı yoxdur və Aİ Ermənistana ayrılan 100 milyon avro vəsaiti "dondurub”. Yəni, xarici sərmayə axınının zəruriliyindən hər zaman ağız dolusu danışan hökumət, hətta cəlb olunmuş investisiyadan da istifadə etmək qabiliyyətinə malik deyil”, -deyə siyasətçi qeyd edib.

Avropa ölkələrinin Ermənistanla viza rejiminin asanlaşdırılması üzrə danışıqlarına gəldikdə isə, Aşotyan bildirib ki, əvvəllər bu məsələyə 2020-ci ildə baxılacağını bəyan edən Aİ strukturları indi konkret vaxt belə göstərmirlər. Onun sözlərinə görə, Paşinyanın Brüsselə səfərinin gündəliyinə yalnız iki az əhəmiyyətli məsələnin - ali məktəblər arasında və informasiya texnologiyaları üzrə əməkdaşlığın daxil edilməsi də xarici siyasətin bərbad vəziyyətdə olduğunu göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video