04 Mart 2019 12:42
386
CƏMİYYƏT
A- A+

Cocuq Mərcanlı sakinlərinə ödənişsiz olaraq mineral gübrələr verilib


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənişsiz olaraq ammonium nitrat və ammofost gübrələri verilib.

Bu münasibətlə keçirilən tədbirdə "Aqrolizinq” ASC-nin və Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Cocuq Mərcanlı kənd sakinləri iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Aqrolizinq” ASC-nin idarə heyətinin sədr müavini Ziya Vəliyev çıxış edərək, Cocuq Mərcanlı kəndinin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, qəsəbə sakinlərinə mineral gübrələrin verilməsində əsas məqsəd gübrə əldə etmək üçün vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması və yüksək məhsuldarlığa nail olmaqdır.

Sonra qəsəbə sakinlərinə ödənişsiz olaraq 24 ton ammonium nitrat və 16 ton ammofos gübrələri verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video