04 Mart 2019 12:40
405
SİYASƏT
A- A+

“The Seoul Times”: İşğalçılar Xocalını məhv etdilər və dinc əhaliyə xüsusi qəddarlıqla divan tutdular


Cənubi Koreyanın "The Seoul Times" internet nəşrində Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Bir daha soyqırımı olmasın" başlıqlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə keçmiş sovet ittifaqı ərazisində ən uzun çəkən münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti haqqında ətraflı məlumat verilib. Bildirilir ki, kökü ermənilərin Azərbaycana qarşı tarixi ərazi iddialarına gedib çıxan münaqişə 1988-ci ilin əvvəlində başlayıb, 1991-ci ildən isə ermənilərin Azərbaycana hücumları intensivləşib.

Məqalədə təxminən 7 min əhalisi olan Xocalı şəhərinin hələ 1991-ci ilin oktyabrından mühasirəyə alındığı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə şəhərə genişmiqyaslı hücum təşkil olunduğu qeyd edilir. İşğalçılar Xocalını məhv etdilər və onun dinc əhalisinə xüsusi qəddarlıqla divan tutdular. Nəticədə məhz azərbaycanlı olduğu üçün 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 dinc sakin əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Bildirilir ki, erməni silahlılarının həyata keçirdikləri kütləvi qətliam, habelə əsirlərə verilən işgəncələr, meyitlərin təhqir olunması barədə faktlara yerli və beynəlxalq kütləvi informasiya vasitələrində, müstəqil mənbələrdə, hadisə şahidlərinin ifadələrində, habelə hücumda iştirak etmiş ermənilərin açıqlamalarında rast gəlinir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın "Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik" fikri məqalədə xatırlanır.

"The Seoul Times" yazır ki, Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə, 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Diqqətə çatdırılır ki, Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda baş verənlər hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərlə bərabər səviyyədə qiymətləndirilir. Bundan başqa, 15-dən çox ölkənin parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda insanlığa qarşı törədilən cinayətləri pisləyən və həmin qətliamı soyqırımı kimi tanıyan qətnamə, qərar və bəyanatlar qəbul ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video