03 Mart 2019 14:42
360
DÜNYA
A- A+

Ankarada keçirilən konfransda Türkiyə-Fransa münasibətlərində erməni problemi məsələsi müzakirə olunub


Ankaradakı Avrasiya Tədqiqatları Mərkəzində keçirilmiş növbəti konfrans "Türkiyə-Fransa münasibətlərində erməni problemi və türk diasporunun rolu” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Çanaqqala 18 Mart Universitetinin tədqiqatçısı Nihal Eminoğlu Fransanın ermənilərlə bağlı siyasəti haqqında danışıb. Diqqətə çatdırılıb ki, Fransa prezidentlərinin bununla bağlı bəyanatlarında bəzi dəyişikliklər müşahidə edilsə də, əslində Parisin uydurma "erməni məsələsi”nə dair siyasəti dəyişməyib. Bu mövzudan hər zaman daxili siyasətdə, hətta bəzən beynəlxalq münasibətlərdə də vasitə kimi istifadə edilib.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, diplomatların iştirak etdikləri toplantıda bildirilib ki, Fransadakı türk icması bu ölkədə fəaliyyət göstərən erməni diasporuna qarşı daha təsirli gücə çevrilməlidir. Bunun üçün türk icmasının daha yaxşı təşkilatlanması və sıx birliyi zəruridir. Səmərəli nəticə əldə etmək üçün türk icmaları əlaqəli şəkildə fəaliyyət göstərməli və fəal olmalıdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video