03 Mart 2019 14:39
805
İDMAN
A- A+

El klassiko: “Barselona” “Real Madrid”i səfərdə minimal hesabla məğlub edib


Martın 2-də İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid” klubu "Santiaqo Bernabeu” stadionunda əzəli rəqibi "Barselona” komandasını qəbul edib.

Görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb–1:0.

Oyunda yeganə qol matçın 26-cı dəqiqəsində vurulub. İvan Rakitiç adını tabloya yazdırıb. Bu qələbə sayəsində "Barselona” xallarının sayını 60-a çatdıraraq çempionluq yolunda önəmli addım atıb. "Real Madrid” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, La Liqada 178-ci "El klassiko” olub. İndiyədək keçirilən görüşlərin 72-də "Real Madrid”, 71-də isə "Barselona” qalib gəlib. Otuz dörd oyun heç-heçə başa çatıb. "Barselona” birinci dövrədə (10-cu tur) matçda rəqibini böyük hesabla məğlub etmişdi - 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv fevralın 28-də "Real Madrid”i İspaniya Kral kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.

Turun digər oyunlarında nəticələr belə olub:

"Espanyol” – "Real Valladolid” – 3:1;

"Villyareal” – "Deportivo Alaves” – 1:2;

"Hueska” – "Sevilya” – 2:1.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video