03 Mart 2019 00:41
830
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə və 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 522 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "ADA” Universitetinin Nizamnaməsi”nin 4.4-cü və 4.5-ci bəndlərində "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.6-cı bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;

2.2. 9.3-cü bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015,

№ 4, maddə 381; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 790, 802, № 7, maddə 1367) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699) ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.3-cü bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;

4.2. 8.3-cü bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video