03 Mart 2019 00:35
740
CƏMİYYƏT
A- A+

Prezidentin gənclərə göstərdiyi etimad məsuliyyətimizi daha da artırıb


Hörmətli cənab Prezident!

Azərbaycan gəncliyinin ən böyük hamisi kimi hər zaman bizlərə göstərdiyiniz diqqət və qayğıdan qürur duymuşuq. Təhsil sahəsində apardığınız islahatlar ölkədə gənclərin daha mükəmməl təhsil almaları üçün real imkanlar yaradıb.

Bütün bu uğurları görən bir Azərbaycan gənci kimi mən də yaxşı təhsil alıb gələcəkdə dövlətimə, xalqıma layiqli xidmət etmək üçün bir yol seçdim. Orta məktəbi qızıl medalla başa vurub test imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdçüsü kimi ADA Universitetində təhsil almağa başladım.

Cənab Prezident, 2019-cu il başlayandan həm ölkə əhalisinin sosial rifahının, həm də bütün tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılması, Prezident təqaüdünün artırılması istiqamətində imzaladığınız sərəncam və fərmanlar hər kəsdə fəxarət hissi yaradıb. Bu həm də bizim - Prezident təqaüdçülərinin məsuliyyətini bir qədər də artırıb. Digər tərəfdən tələbələrin təqaüdlərinə 30 faiz əlavənin edilməsi gənclərin fəallığına stimul yaradıb.

Cənab Prezident, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə həm öz adımdan, həm də universitetimizdə təhsil alan bütün Prezident təqaüdçüləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Söz veririk ki, göstərdiyiniz etimadınıza adekvat olaraq üzərimizə düşən məsuliyyətli işi layiqincə doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcək və hər zaman yürütdüyünüz uğurlu siyasətin müdafiəçisi olacağıq. İnanırıq ki, hərtərəfli dəstək göstərdiyiniz gənclər yüksək səviyyədə təhsil alıb bu gün qurduğunuz qüdrətli Azərbaycan dövlətinin gələcəkdə daha da güclənməsi, çiçəklənməsi yolunda layiqli xidmət missiyalarını uğurla yerinə yetirəcəklər.

Ayxan DADAŞOV,

ADA Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi, 695 bal toplamış Prezident təqaüdçüsü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video