03 Mart 2019 00:17
1064
Səhiyyə
A- A+

“Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib


Martın 2-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında "Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Əziz Əliyev konfransın Milli Onkologiya Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə keçirildiyini deyib. "Milli Onkologiya Mərkəzində çox böyük nailiyyətlər əldə edilir. Ötən il mərkəzdə təxminən 106 mindən çox xəstə müayinə olunub. Onlardan təqribən 65 faizi onkoloji xəstəliklərlə bağlı olub. Mərkəzdə ən müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada təxminən 800 mindən çox test aparılıb. Bu da onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi baxımından çox əhəmiyyətlidir.

Hematologiyada olan yeniliklər və onların təbabətdə tətbiqi çox önəmlidir. Ona görə də konfransın yüksək səviyyədə keçəcəyinə və aparılan fikir mübadiləsinin bu sahənin daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə inanıram”, - deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam etdirilib. Türkiyənin İstanbul Sağlıq Bilimləri Universitetinin biokimya mütəxəssisi Cemal Kazezoğlunun "Extended IPU: Laboratuvar iş akışına katkısı”, Ege Universitetinin biokimya mütəxəssisi Güneş Başyolun "Anemi: Laboratuvar tanısı”, Sysmex-in aplikasiya mütəxəssisi Fidan Yılmazın "Floresan akım sitometrisi - hücrelere yakından bakmak”, Milli Onkologiya Mərkəzinin həkim-onkoloqları - Günel Ələsgərovanın "Kəskin limfoblast leykozun müalicəsinin nəticələri”, Elxan Kazımovun "Kimyaterapiya ilə əlaqəli sitopeniyalar”, Aytən Səfixanovanın "Xroniki limfoleykoz” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video