02 Mart 2019 21:35
261
SİYASƏT
A- A+

Azərbaycan ilə İraq arasında münasibətlər yüksələn xətlə inkişaf edir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İraqın xarici işlər naziri Mohamed Ali Alhakimin səmimi salamlarını çatdıran Hazim Al-Yusifi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq duyduğunu vurğuladı. İraqlı nazir müavini Azərbaycanda böyük inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin edildiyini, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirərək, tərəflər arasında qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırdı. O, nazir Elmar Məmmədyarovu İraqa səfərə dəvət etdi.

Xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən danışan nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusi vurğuladı.

Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video