02 Mart 2019 20:14
417
CƏMİYYƏT
A- A+

Rusiya azərbaycanlılarının ilk internet-telekanalı – AZRU yayıma başlayır


Rusiya azərbaycanlılarının ilk internet-telekanalı – AZRU vahid informasiya portalı yayıma başlayır. Bunu AZƏRTAC-a portalın baş redaktoru, jurnalist, ictimai xadim və politoloq Roman Ağayev bildirib.

Baş redaktor xatırladıb ki, portal ötən ilin avqustunda Rusiya Federasiyasının kütləvi informasiya vasitəsi kimi rəsmi qeydiyyatdan keçib. O əlavə edib: "Bu, Rusiya azərbaycanlıları üçün və ümumilikdə Rusiya-Azərbaycan münasibətləri baxımından əlamətdar hadisə sayılır. İnternet-kanalın yayıma başlaması bizim ortaq qələbəmizdir. Hazırda Rusiyada yaşayan azərbaycanlıların öz KİV-i var, indi isə məxsusi internet-telekanalı da mövcuddur”.

AZRU portalında Rusiyanın azərbaycanlı icması üçün maraq kəsb edən aktual xəbərlər, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin kontekstində son yeniliklər, Rusiyanın müxtəlif regionlarında azərbaycanlıların təşkilatlarının təşkil etdikləri və ya fəal iştirak etdikləri tədbirlərdən reportajlar, Azərbaycan və xalqımızın zəngin tarixi-mədəni irsi haqqında maraqlı faktlar, Azərbaycanın rus icmasının fəaliyyəti barədə məlumatlar, Rusiyanın azərbaycanlı icmasının və Azərbaycanın rus icmasının maraqlı personajları ilə bağlı məqalələr, müəllif materialları, analitik icmallar, anonslar və elanlar yerləşdirilir.

Bu portal tədbirlərin işıqlandırılması zamanı informasiyaların keyfiyyətli və düzgün çatdırılmasına şərait yaradır, həmin xəbərlərin Rusiya və Azərbaycan KİV-də, həmçinin daha geniş auditoriyada yayılmasına kömək edir, habelə təşkilatların, yaradıcı kollektivlərin və Rusiyanın azərbaycanlı icmasının ayrı-ayrı fəallarının fəaliyyətinin prodüser müşayiətini təmin etməklə, onların haqqında maraqlı proqramlar, süjetlər və sənədli xronika hazırlayır.

"İctimai maliyyələşmə əsasında işləyəcək portalımızın fəaliyyətini dəstəkləyən hər kəsə və ayrı-ayrı şəxslərə təşəkkür edirəm. Bizim hamımızın ortaq internet-telekanalının inkişafı və daha yaxşı olması üçün sizləri bundan sonra da dəstəyinizi əsirgəməməyə və onun fəaliyyətində fəal iştirak etməyə çağırıram”, -deyə R.Ağayev sözlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video