02 Mart 2019 04:36
414
CƏMİYYƏT
A- A+

Xalq gördüyünə inanır


Son illər Azərbaycanda sosial müdafiə sistemi uğurla yenilənir. Yeni islahatlar həyata vəsiqə alır. Dövlət siyasətinin mərkəzində sosial-iqtisadi inkişafı və onun vətəndaşlarının yüksək rifahı dayanır. İnsanların sosial müdafiəsinin son zamanlar hissolunacaq dərəcədə gücləndirilməsi aparılan islahatların məntiqi nəticəsidir. Xalq yaxşı bilir ki, ölkə Prezidentinin ali məqsədi xalqın rifahının daim yaxşılaşdırılması, vətəndaşları düşündürən, narahat edən problemlərin həll edilməsidir. Görülən işlər, həyata keçirilən məqsədyönlü siyasət, ölkə Prezidentinin əhalinin rifah halının yüksəlməsinə xidmət edən sosialyönümlü siyasəti xalq tərəfindən həmişə böyük rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Çıxışlarında "mənim siyasətimin mərkəzində mənim xalqım dayanır” deyən Prezident həyata keçirdiyi sosialyönümlü siyasətlə sözünə sahib çıxır. Ancaq gülüncdür ki, adını müxalifət qoyan üzdəniraq qüvvələr bütün bu işləri öz adlarına çıxmağa çalışırlar. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı həmişə ağı qaradan seçməyi bacarır və bu gün də bunu nümayiş etdirir. Əvvəllər də mütəmadi olaraq əməkhaqları və sosial müavinətlər artırılmışdır və bu gün də artırılır, gələcəkdə də artırılacaqdır. Çünki ölkənin gəliri yüksəldikcə bu cür artımlar olacaqdır. Prezident İlham Əliyevin fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə söylədiyi fikirlər bunun tam təsdiqidir. İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olub, xüsusilə son 1 ildə islahatların yeni mərhələsinə başlanılıb və bu, davam etməkdədir. 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atıldı. Bu sabitlik imkan verdi ki, hökumət 2018-ci ildə çox ciddi islahatlara başlasın və islahatlar özünü göstərdi. Son 2-3 il ərzində qeydə alınan yüksək iqtisadi göstərici onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templə müşahidə olunacaq.

Qısa zaman ərzində böyük sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdünün artırılmasında, digər ödənişlərin verilməsində mühüm qərarlar verildi və konkret addımlar atıldı. 600 min vətəndaşın minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırıldı, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda bu il ərzində şəhid ailələrinə 800 mənzil verilməsi nəzərdə tutulur. Uzun illər vətəndaşları narahat edən vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də ölkə Prezidentinin imzaladığı fərmanla həllini tapdı.

Əhalinin əsas hissəsini narahat edən problemli kreditlərin də həllinin vaxtı çatdı. Prezident bu məsələ ilə bağlı tarixi fərman imzaladı. 28 fevralda imzalanan bu fərman 800 min nəfəri əhatə edəcək, onları problemli kreditlərin girovundan azad edəcək.

Bundan başqa, vətəndaşların əsas hissəsini əhatə edən sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması xalq tərəfindən yüksək qiymətlənidirilir. Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı 100 minlərlə insanın gəlirinin hədsiz artmasına səbəb oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin əsas məqsədi xalqın sosial rifahının daha da yaxşılaşması və onların ailə gəlirlərinin artırılmasıdır. Bu kimi addımlar həm də xalq-iqtidar birliyinin bariz nümunəsidir. Təbii ki, bunları həzm edə bilməyən qüvvələr bundan sonra daha da aqressivləşəcək və bu bağı qırmağa cəhd edəcəklər. Amma Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadan Prezident İlham Əliyevin bu ölkəni daha böyük zəfərlərə doğru aparmasına mane olmağa çalışanlar bir şeyi unudurlar ki, dövlətin və Prezidentin ən böyük dayağı elə xalqdır. Xalqın gözü isə tərəzidir. İndi xalq meydanlarda populist çağırışlara deyil, həyatın reallığına inanır.

Vüsal MİRZƏYEV,

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video