02 Mart 2019 04:26
325
CƏMİYYƏT
A- A+

Dövlətin dəstəyini daim hiss edirik


Azərbaycan Prezidenti son günlər tələbə-gənclərin həyatında mühüm əhəmiyyəti olan daha bir sənəd imzalayıb ki, bu da onlara dövlət dəstəyinin bariz nümunəsidir. Tələbələrin təqaüdlərinin artırılması nəinki onlara sosial dəstək anlamı verir, bu, həm də gəncliyin elm və təhsildə sağlam rəqabətin daha yeni formasına keçidini təmin edir.

Elə gənclik də dövlət başçısına dərin rəğbətini müxtəlif formada həmişə göstərir. Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu dövlət gənclər siyasətinə, gəncliyə göstərdiyi yüksək diqqət və qayğıya görə 2016-cı ildə "İlin adamı” adına layiq görüldü. Bu gün də Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir və dövlət başçısını özünün ən böyük himayədarı hesab edir.

Radikal müxalifətin kiçik bir qrupunun Azərbaycan gəncliyi adından danışmağa haqqı yoxdur. Onlar inkişafda olan dövlətimizə xaricdən təsir göstərməyə çalışan antiazərbaycançı şəbəkənin əlində, sadəcə, oyuncağa çevrilənlərdir. Biz tələbə-gənclər onların saxta çağırışlarını, boş hay-küylərini eşitmir və məhəl qoymuruq. Sosial şəbəkələrdə savadsızcasına yazılan şər-böhtanların müəlliflərini qətiyyətlə pisləyir və avantüraya nifrət edirik.

Biz gənclər daim dövlətin dəstəyini öz üzərimizdə hiss etdiyimizə görə bilik və bacarığımızla respublikamızın inkişafına töhfəmizi verəcəyik. Bunun üçün bizə hər cür qayğı göstərən ölkə rəhbərinin yanındayıq və ona gəncliyə olan diqqətinə görə minnətdarlığımızı bildiririk.

Aynur ƏSGƏROVA,

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video