02 Mart 2019 04:25
301
CƏMİYYƏT
A- A+

Minlərlə ailə sevindi


Prezident İlham Əliyev 2019-cu ildə əhalinin sosial müdafiəsi baxımından mühüm dəyişikliklər olacağını bəyan etdi. Dövlət başçısının cari ilin əvvəlindən bu sahədə atdığı bütün addımlar biz sadə vətəndaşlar tərəfindən sevinclə qarşılanır.

Minimum əməkhaqqının və aşağı pensiya alanların pensiyalarının artırılması, onların indeksləşdirilməsi biz təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Dövlət başçısı tərəfindən minimum əməkhaqqının, təqaüdlərin və digər sosial müavinətlərin artırılması vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı. Bu, dövlətin öz vətəndaşına sahib çıxması, onun problemlərinin həllini qarşıya məqsəd qoymasından irəli gəlir.

Pensiyaçıyam. Evimin təmiri ilə bağlı 4 min ABŞ dolları məbləğində kredit götürmüşdüm. Baş verən devalvasiya nəticəsində həmin kreditin ödənilməsində çətinliklərlə qarşılaşdım. Cənab Prezidentin 28 fevral 2019-cu ildə imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman bizə bu çətinlikdən çıxmağa kömək edir. Həmin fərman tək bizim ailəmizi yox, minlərlə bizim vəziyyətdə olan ailələri də sevindirdi. Buna görə dövlət başçısına bir daha dərin minnətdarlığımızı bildiririk.

Səkinə ƏLİYEVA,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video