Alternative content

20:55 05 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
18:01 05.12.2019 Fransada ümumxalq tətili
15:59 05.12.2019 PAYIZ ETÜDLƏRİ - FOTO
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qızıl mərəz
Qızıl mərəz
ANA SƏHİFƏ / Səhiyyə
04:18 02.03.2019


Son zamanlar ölkəmizdə uşaqlar, o cümlədən böyüklər arasında qızılca infeksiyasının yayılması müşahidə olunur. Adətən, qızılcanın müalicəsi evdə aparılır, amma mütəxəssislər, ağırlaşmış qızılcanın, hətta ölümə də səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Həkim - pediatr Vaqif Qarayev məlumat verir ki, qızılca hava-damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. O, səpgilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpgili infeksiyalardan fərqlənir: "Klassik gedişdə səpgilər mərhələlərlə olur, birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpgilər şəklində görmək mümkündür. Səpgilər dövründə vəziyyət ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır”.


Sürətlə böyük məsafələrə yayılır


V.Qarayevin sözlərinə əsasən, xəstəlik soyuqdəymə kimi başlayır, daha sonra səpgi dövründə vəziyyət ağırlaşır: "Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir və fəsadları hətta ölümlə də nəticələnə bilər. Səpgiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur, hətta qısa müddətdə onun həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər, el arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılca meningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi yarada bilir. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil”.

Bu virus çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpgili bir xəstə ilə təmasda, ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlaya bilər: "Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Ağırlaşma olmayanda xəstəxanada yatmağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda, mütləq xəstəxanada müalicə olunmalı, sağalana qədər həkim nəzarəti altında qalmalıdır. Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”.


Peyvənd mütləqdir


Keçmişdə qızılca xəstəsi yatan otaqlarda qırmızı pərdə asar, qırmızı süfrə sərərmişlər. Həkim bu qaydaların tibbi izahının olduğunu qeyd edir: "Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. Hətta qədimdə qızılcanı Allahın lütfü kimi qəbul edirdilər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi ki, öz-özünə keçib gedəcək. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. İndi də bəzi yaşlı insanlar qızılca xəstəsini iynə-dərmanla müalicə etməyə qoymurlar”.

Pediatr xəstəliklə bağlı peyvəndin mütləq lazım olduğunu vurğulayır: "Valideynlər peyvəndə biganə yanaşmamalıdırlar. Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Amma xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM