01 Mart 2019 22:40
302
DÜNYA
A- A+

Rusiyada qadınlara qadağan edilən peşələrin yeni siyahısı qəbul olunacaq


Rusiyada qadınlara qadağan edilən peşələrin yeni siyahısı bir ay müddətində qəbul olunacaq. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə nazirini müavini Aleksey Çerkasov bəyan edib.

Nazir müavini bildirib ki, ikinci dəfə ictimai müzakirədən keçən siyahıya Ədliyyə Nazirliyində də baxılıb. Onun sözlərinə görə, qadınların reproduktiv sağlamlığı üçün zərərli olan peşələr onlara qadağan olunub. Siyahını hazırlayanlar cəmiyyətdə qadın peşələri haqqında bəzi stereotiplərdən də uzaqlaşmağa çalışıblar. Nazirlik rus qadınları üçün qadağan edilən 456 peşəyə yenidən baxıb: zərif cinsin nümayəndələrinin çörəkbişirmə sexlərində usta, hava, dəniz, çay və dəmiryolu nəqliyyatında, ağırtonnajlı avtomobillərdə sürücü və sosial texnikanın maşinisti işləməsinə icazə veriləcəyi ehtimal olunur. Əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib ki, bu qadağaların götürülməsi qadınların işlə təmin olunmasında müsbət rol oynayacaq.

Rusiya Prezidenti Vladimir Putin gender bərabərliyinin təmin edilməsi və rusiyalı qadınlar üçün karyera məhdudiyyətlərinin aradan qaldırılması barədə sərəncam da imzalayıb. Rusiyada qadınların işləyə bilməyəcəyi 38 sahə üzrə 456 peşənin siyahısı 1974-cü ildə sovet hökuməti tərəfindən təsdiq edilib. Onların arasında matros, bosman, maşinist, avtobus sürücüsü və digər peşələr var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video