01 Mart 2019 18:36
414
DÜNYA
A- A+

Pakistan vurduğu Hindistan təyyarəsinin pilotunu azadlığa buraxdı


Ötən ayın 27-də Pakistan hərbi hava qüvvələrinin vurduğu MiQ-21 təyyarəsinin pilotunu xoşməramlı jest və böhranın aradan qaldırılması cəhdi kimi Hindistan hökumətinə təhvil verilmişdir. Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi məlumat vermişdir.

Eyni zamanda Kureşi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşünə getməkdən imtina etmişdir. O, qərarını tədbirdə Hindistan xarici işlər nazirinin iştirak etməsi ilə əsaslandırmışdır.

Xatırladaq ki, fevralın 27-də pakistanlı hərbçilər Hindistanın iki hərbi təyyarəsini vurmuşlar. Pilotlardan biri əsir düşmüşdür. Eyni zamanda Pakistan hərbi hava qüvvələrinin qırıcı təyyarəsi hava döyüşü zamanı vurulmuşdur.

Bu arada ABŞ-ın dövlət katibi Mayk Pompeo Hindistan və Pakistan hökumətlərini hərbi əməliyyatlardan imtina etməyə çağırmışdır. Analoji çağırışla Böyük Britaniyanın Baş naziri Tereza Mey də çıxış etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video